AZ

“Kimsə gəlib zəhərlə arıların hamısını qırıb...” - Video

Masallının Sığıncaq kəndində arı təsərrüfatları zəhər vurularaq məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İctimai TV süjet hazırlayıb.

İddiaya görə, naməlum şəxslər tərəfindən arı ailələrinə zəhərli maddələr verilib. Nəticədə onlarla yeşikdəki arılar məhv olub. Bu da arıçılara ciddi ziyan vurub.

Təsərrüfat sahibi Təcib Rüstəmov bildirib ki, bu müəmmalı hadisə digər kənddəki arıçıların da başına gəlib: “Hamısını qırıblar, bilmirik nə zəhər, nə dərman vurublar, müəmmalıdır”.

Zəhərlənən arıların toplandığı balın da istifadəyə yararsız və sağlamlıq üçün təhlükəli olduğu bildirilib.

Hadisə nəticəsində arıçılara 30 min manatdan çox ziyan dəydiyi qeyd edilib.

Məsələ ilə bağlı DİN və Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Qurum nümayəndələri əraziyə gələrək laborator analizlər üçün nümunələr götürüblər.

Daha ətraflı videomaterialda:

Seçilən
11
3
qafqazinfo.az

4Mənbələr