AZ

Samir Şərifov: Şuşa Bəyannaməsi iki ölkənin əlaqələrində böyük rol oynayır

BAKI, 15 iyul. TELEQRAF

"Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir".

Teleqraf xəbər verir ki, bunu Azəraycan xarici işlər nazirininmüavini Samir Şərifov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətiləkeçirilən anım tədbirində deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında əlaqələrin inkişafında böyük rol oynayır.

"Ölkələrimiz arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir. Cari ildə də iki ölkə arasında münasibətlər əlamətdar il olaraq davam edir", - o əlavə edib.

O qeyd edib ki, artıq Prezident İlham Əliyev bu il 3 dəfə Türkiyəyə, Prezident Ərdoğan isə Azərbaycana 2 dəfə səfər edib.

Seçilən
37
teleqraf.com

1Mənbələr