Gürcüstan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, NATO-nun çoxmillətli “Agile Spirit 2025” təlimi iyulun 25-dən avqustun 6-dək Gürcüstanda keçiriləcək.
Editor.az xəbər verir ki, təlimin əsas elementləri Senaki-Vaziani yolu hissəsində komanda-qərargah bölməsi və taktiki gürcü-amerikan karvanı olacaq. Plana əsasən, hərbi qulluqçular döyüş atışlı təlimlər keçirəcək.
Təlimdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Ukrayna və digər ölkələrin hərbçiləri iştirak edəcək.
İyun ayında Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, NATO bloku genişlənməyə daha az meylli olur.
//Gülnarə Abasova, Editor.az