AZ

Luis Enrike: “Mən fərdi mükafatlara inanmıram”

PSJ-nin baş məşqçisi, 55 yaşlı ispan mütəxəssis Luis Enrike futbolda fərdi mükafatlara münasibəti haqqında qənaətini açıqlayıb.

Arena.az “The Guardian” nəşrinə istinadən, Luis Enrikenin müvafiq açıqlamasını təqdim edir:

“Mən ümumilikdə, fərdi mükafatlara inanmıram, xüsusən də məşqçilər üçün. Komanda şəxsiyyətdən həmişə ucadır. Bu isə bizim, PSJ-də oyunçulara çatdırmaq istədiyimiz xüsusdur. Usman Dembele qollar vurmaqla və qol ötürmələri verməklə fərdi baxımdan ən yaxşıdır, amma ən əsası – onun işi müqabilində PSJ bütün qənimətləri qaznıb. Bu da oyunçunun fərdi mükafatlar alması üçün yeganə meyar olmalıdır. Bu, mənim fikrimdir, əminəm ki, digər fikirlər də var”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele qalibi olduğu 2024/2025-ci illər mövsümü Çempionar Liqasının ən yaxşı oyunçusu seçilib və hazırda, ən hüfuzlu fərdi mükafata – mövsümün “Qızıl top”una əsas namizəddir.

Seçilən
15
arena.az

1Mənbələr