Klublararası Dünya Çempionatının finalında 3:0 hesablı məğlubiyyətdən sonra "Çelsi"nin hücumçusu Joao Pedro, PSJ-nin baş məşqçisi Luis Enrike və meydandan qovulan Joao Neves FİFA tərəfindən cəzalandırıla bilər.
90deqiqe.Az-ın “L'Equipe”yə istinadən yaydığı xəbərə görə, klublararası dünya çempionatı zamanı tətbiq edilən intizam cəzaları adətən digər klub və ya beynəlxalq yarışlara şamil edilmir. Lakin bu dəfə FİFA finaldan dərhal sonra nəticə çıxarmağa tələsməməyi üstün tutub.
Hakim protokolu da daxil olmaqla matç rəsmilərinin hesabatlarına əsaslanaraq, yaxın günlərdə FİFA İntizam Komissiyası təhqiqat başlayıb-açmayacağına qərar verəcək. Müsbət qərar qəbul edilərsə, sanksiyalar cərimədən tutmuş diskvalifikasiyaya qədər dəyişə bilər.
Bundan əlavə, diskvalifikasiya halında FİFA onu digər turnirlərə, o cümlədən milli çempionatlara və ya milli komandaların oyunlarına da şamil edə bilər.