Bakı, 15 iyul, AZƏRTAC
İyulun 17-də Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, infotur çərçivəsində abituriyentlərə universitetin fakültə və ixtisasları, təhsil imkanları, tələbə həyatı, eləcə də sosial və akademik dəstək mexanizmləri barədə ətraflı məlumat veriləcək, BDU kampusu ilə tanışlıq imkanı yaradılacaq.