AZ

Rusiyalı həkimlər 27 alışqan udan şəxsi xilas ediblər

Tuvada həkimlər çoxlu yad cismi udan xəstəni xilas ediblər. Oxuməni.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə 1 saylı Respublika Xəstəxanasından məlumat verilib.

Nəşr bildirir ki, 56 yaşlı yerli sakin tibb müəssisəsinə aparılıb və kompüter tomoqrafiyasına (KT) göndərilib. Ekspertiza onun mədəsində yad cisimlərin olduğunu göstərib.

Xəstə təcili əməliyyata göndərilib və ümumi anesteziya altında qarın boşluğundan endoskopik üsulla 27 alışqan və 1 qəpik çıxarılıb. Özünə gələndən sonra kişi bu əşyaların mədəsinə nə səbəbdən girdiyini izah etməyib.

Almaz Həsənli

Seçilən
23
oxumeni.az

1Mənbələr