AZ

Uğurlu layihələrin müəllifi

Bu gün, 10:03

zirvəsi sayılan şəxsiyyətlərdən biri - şair, alim, həkim, müəllim və bəstəkar Mirkazım bəy Aslanlının 110 illiyinə həsr olunmuş "Sarəng" filminin məsləhətçisi olmuş, Masallı şəhidlərinə həsr etdiyim “Şəhidlik manifesti” kitabının müəllifi kimi "Zəfər yolu" sənədli filmində ekspert olaraq çıxış etmişəm.  Böyük mütəfəkkir, maarifçi, pedaqoq, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ərəfəsində mətbuat səhifələrində mənim essem dərc olundu, sonra “Masal prodakşn” tərəfindən "Nurlu yol" sənədli ekran əsəri ərsəyə gətirildi. 2023-cü ilin mayında “Ölməzlik haqqı” kitabımın motivləri əsasında Günay Məmmədovanın ideya müəllifi olduğu “Ləyaqət işığında” sənədli filminin ssenarisi Cəfər Cəfərov tərəfindən yazıldı, quruluş və təsvir rejissoru Elsevər Əlovsətoğlu, montaj rejissoru isə Faiq Mirzə oldu. Asiya.az Xəbər portalının 10 illik yubileyində rəsmi hissədən sonra Əməkdar jurnalist Zakir Abbas, tarzən Məhbub Şüküroğlunun iştirakı ilə təşkil edilən "poeziya buketi, nəğmə çələngi"ndə Masallı şairlərinin şeirlərindən söylədiyim nümunələr “Youtube” kanalında paylaşıldı...
   Fəaliyyətinin çoxşaxəli olmasına baxayaraq Cəfər üç qız atası kimi də vəzifəsinin öhtəsindən layiqincə gəlir. Onların düzgün tərbiyəsinə, ruhi və mənəvi ehtiyaclarına zaman ayırır, görməli yerlərə, muzeylərə aparır. Bir sözlə, başqa qız ataları kimi, “qız yükü, duz yükü demir” və ibadət əhli olan Cəfərin Həzrət Peyğəmbərin "Qız övladları - bərəkət mənbəyidirlər" kəlamından agah olduğuna da şübhə etmirəm.
   Son olaraq uğurlu layihələrin müəllifinə 40 yaşında daha güclü, daha müdrik olmağı arzu edirəm. Əminəm ki, özünün yaradıcı komandası ilə birlikdə qarşıda  daha böyük uğurlar qazanacaq. Biz də həmin uğurlu işlərin BAYRAMA çevriləcəyi günlərin yenə şahidi olacağıq...
...El arasında belə inanc var ki, ömrünün 40 yaşını qeyd etmək “uğursuzluq” gətirər. Bir yandan da Cəfərin 40 yaşı məhərrəmlik ayına təsadüf edir. Elə isə inşallah, 50-60 illik yubleylərində SÖZ demək ümüdi ilə 
Nurəddin ƏDİLOĞLU,                                   
   P.S: Nasirlər də şeir yazar
   Qəlbdən gələr HƏR kəlməsi.
   Məclisini SÖZlə bəzər 
   Ariflərin ZƏR kəlməsi...
    ***
   Mən adında fağır yazar,
   Qoca yazar ağır yazar,
   Gənc bir yazar çağır, yazar-
   Olar təzə - TƏR kəlməsi...
    ***
   Gedib çoxum, qalıb azım,
   40 yaşına mən nə yazım?
   Kökdən düşüb telli sazım
   Qalıbdı BEFƏR kəlməsi...
    *** 
   Könlün arzuyla doludur
   Sənin yolun Haqq yoludur,  
   Bədxahlar Şeytan quludur 
   Üzər səni  ŞƏR kəlməsi...
    ***
   Vallah gözüm düşüb nurdan
   Düzdüm-qoşdum ordan-burdan
   Qalsın qoca AzərNURDAN    
   Cəfərə HÜNƏR kəlməsi...)))
   
Bakı, 13.07.2025.

Seçilən
220
Reportyor.tv

1Mənbələr