AZ

“Hamburq” Yussuf Poulseni satın aldı

“Hamburq” 31 yaşlı danimarkalı mərkəz hücumçusu Yussuf Poulseni “Leypsiq”dən tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Hamburq”a 1 milyon avro məbləğ müqabilində başa gəlib.

Yussuf Poulseni “Lünqbü”nün məzunudur. Hücumçu karyerası ərzində həmçinin “Leypsiq”də çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Poulsen “buğalar” üçün 29 oyun keçirib, 5 qol vurub.

Yussuf Poulsen 2013-cü ilin yanvar aynda dübüt etdiyi Danimarka yığmasının heyətində 87 oyuna 14 qol və 13 məhsudlar ötürmə ilə fərləqnib.

Yussuf Poulsenin qənimətlər muzeyində “Leypsiq”lə qazandığı Almaniya Kuboku (2021/2022, 2022/203) və həmçinin Almaniya Super Kuboku (2023/2024) var.

“Transfermarkt” internet-portalı 31 yaşlı danimarkalı mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr