AZ

“Yayılan məlumatlar böhtan xarakterlidir” – NDU


Naxçıvan Dövlət Universitetində (NDU) qiymət yazılması üçün dekanlar tərəfindən tələbə qızlara əxlaqsız təkliflərin edildiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.
İddiaya görə, tələbələrdən bəziləri baş verənləri gizli şəkildə lentə alıb aidiyyəti üzrə təqdim etsələr də, nəinki məsələ araşdırılmayıb, hətta onlar təzyiqə məruz qalıblar.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, bəzi dekanların tələbələrə qarşı qeyri-etik hərəkətlər etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Yayımlanan bu məlumatlar tamamilə əsassız, yalan, böhtan xarakterlidir və reallığı əks etdirmir. Universitetdə müəllim-tələbə münasibətlərində yüksək etik qaydalara və qanunvericiliyin tələblərinə çox ciddi riayət olunur.
Universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülmüş bu məsələ dəqiqliklə araşdırılıb, heç bir rəsmi şikayət və ya sübut olmadığından, yayımlanan məlumatların əsassız olduğu üzə çıxıb”.
Qeyd olunub ki, NDU-da imtahan prosesi mərkəzləşdirirlmiş qaydada tam şəffaf təşkil edilir və tələbələrin qiymətləndirilməsi obyektiv şəkildə aparılır:
“Hazırda hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub, yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanıb”.

Murad Məmmədov
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr