AZ

Xanyurdulular da öz yurdlarına qovuşdular

Dünən ilk köç karvanı ilə Xocalının Xanyurdu kəndinə köçürülən 122 nəfərdən ibarət 33 ailəyə evlərinin açarı təqdim olunub.

Keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə ailələrə evlərinin açarları təqdim edilib və onlar yeni evlərində yerləşiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

 

Seçilən
22
xalqqazeti.az

1Mənbələr