İraqda 14 iyul 1959-cu il türkmənlər üçün qara gün kimi tarixə düşdü. 1959-cu il iyulun 14-də Molla Bərzaninin başçılıq etdiyi silahlı kürd dəstələri Kərkük türkmənlərinə qarşı kütləvi qırğın törətdilər. Qətliamın yaraları, başlanmasından 66 il keçsə də, indi də yaddaşımızda qalmaqdadır.
Hafta.az-ın yazdığına görə, 14 iyul 1959-cu il Kərkük qırğınında onlarla türk sadəcə türk olduqları üçün öldürüldü. Kərkük qırğını Kommunist Partiyasının üzvləri və kürd dəstələri ilə birlikdə Mustafa Bərzaninin rəhbərliyi altında həyata keçirilib. İraqda 1958-ci ildə hərbi çevriliş nəticəsində monarxiya devrilib və respublika elan edilib. Türkmənlər rejim dəyişikliyinin birinci ildönümünü qeyd etmək istəyirdilər. Nəticədə Bərzani ailəsinə bağlı silahlı terrorçu qruplar “Kərkük kürdlərindir” şüarı səsləndirərək türkmənləri ovlamağa başlayıb. Xüsusilə ziyalı və hərbi təbəqədən olan türkmənlər hədəfə alındı.
Silahlı dəstələr türkmənlərə qarşı etnik təmizləmə aparmağı qarşısına məqsəd qoyan qanlı terror dalğası başladıblar. Üç gün üç gecə ərzində Kərkükdə onlarla türkmən qətlə yetirilib. Çoxları pulemyotla vurulub, diri-diri basdırılıb, cəsədləri kəndirlərlə avtomobillərə bağlanaraq yollarda sürüklənib, edam edilib, gözləri çıxarılıb.
İraq təhlükəsizlik qüvvələri bu qırğınları sadəcə izləyiblər. Kərkükün çoxəsrlik türk kimliyini hədəf alan qırğına görə 260 nəfər həbs edilib. Onlardan 28 nəfəri edam olunub.