AZ

Bakının bu rayonlarında qaz olmayacaq - XƏBƏRDARLIQ

Bakı.Trend:

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəziərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumatyayıb.

Bildirilir ki, Moskva prospektində siyirtməninquraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoruvasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci iltarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrəMoskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonuüzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq", - məlumatda qeyd olunur.

Məqalədə:
Seçilən
70
36
az.trend.az

10Mənbələr