AZ

15 İYUL: 9 ildə 390 min adam saxlanıldı, 114 min nəfər həbs edildi

Yazını böyüt
Yazını kiçilt

Rəsmi məlumatlara görə, 2016-cı il iyulun 15-dən sonra keçirilən əməliyyatlarda toplam 390 mindən çox insan saxlanılıb, 114 minə yaxın insan həbs edilib.

Hafta.az-ın “Anadolu”ya istinadən yazdığına görə, Türkiyə Milli Polisinin Terrorla Mübarizə Şöbəsindəki (TEM) mənbələrin məlumatında deyilir ki, əməliyyatlarda saxlanılanlar arasında evdar qadınlar, 13-15 yaşlı uşaqlar və ağır xəstələr də var.

Saxlanılanların peşə bölgüsü əməliyyatların miqyasını ortaya qoyur. Müvafiq olaraq, tərkib aşağıdakı kimidir:

43818 polis (onlardan 11043-ü yüksək rütbəli), 54286 əsgər (216 general, 15182 zabit və 38888 digər rütbələr), 3774 hakim, 1314 prokuror, 34 vali, 154 vali müavini, 35 dövlət qulluğu müfəttişi, 532 rayon rəhbəri.

Digər peşə qruplarından 258782 nəfər.

Bundan başqa, jandarma qruplarının keçirdiyi əməliyyatlarda 27625 nəfər saxlanılıb.

Ümumilikdə saxlanılanlardan 113837-si həbs edilərək həbsxanaya göndərilib.

Polis əməliyyatlarında 105249, jandarma əməliyyatlarında isə 8588 nəfər yaxalanıb.

Həbs edilənlər arasında 15032 polis, 191 general, 8081 zabit, 13599 hərbçi, 2305 hakim, 938 prokuror, 24 vali, 93 vali müavini, 19 dövlət qulluğu müfəttişi və 174 rayon rəhbəri var.

Qanuni əsası olmayan taksofonlarla bağlı araşdırmalar çərçivəsində aparılan 1923 əməliyyat zamanı 25993 nəfər saxlanılıb, 9125 nəfər həbs edilib, 14026 nəfər barəsində məhkəmə nəzarəti tədbirləri həyata keçirilib.

Seçilən
43
hafta.az

1Mənbələr