AZ

Ronaldunu yenidən həmyerlisi çalışdıracaq

Portuqaliyalı mütəxəssis Jorje Jezuş yenidən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi olub. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Müqavilə bir il müddətinə imzalanıb. Onun namizədliyini komandanın ulduz hücumçusu Kriştianu Ronaldunun da dəstəklədiyi qeyd edilir. 

Jezuş bu postda italiyalı Stefan Piolini əvəzləyib. 70 yaşlı portuqaliyalı may ayına qədər 2024-cü ildə çempionluq qazandığı "Əl-Hilal"da çalışıb. O, "Benfika", "Fənərbağça" və "Flamenqo"dakı fəaliyyəti ilə də tanınır. 

“Əl-Nəsr” ötən mövsüm çempionatı “Əl-Hilal” və “Əl-İttihad”dan sonra üçüncü yeri tutub.
 

Seçilən
9
fanat.az

1Mənbələr