AZ

Bakıda həmkarını döyən kuryerə hökm oxundu

Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qulam Quliyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 19 iyun 2025-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X.Xəlilov küçəsi, 568-ci məhəllədə yerləşən “Volt” marketin qarşısında qeydə alınıb.

 

Belə ki, Qulam Quliyev kuryer işlədiyi sözügedən marketin qarşısında şəxsi münasibətlərin pozulması zəminində əli ilə iş yoldaşı, zərərçəkmiş Malik Məlikovun (adı, soyadı şərtidir) sifətindən vuraraq, onun sağlamlığına yüngül zərər yetirib.

 

Hadisədən sonra Qulam Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmənin hazırlıq iclasında Malik Məlikov təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2025, 08:25   
Seçilən
7
pravda.az

1Mənbələr