"Benfika” Alvaro Fernandes Karrerasın transferinin maliyyə şərtlərini açıqlayıb. SİA xəbər verir ki, “Real” bu gün 22 yaşlı müdafiəçi ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Portuqaliya klubu, müqavilənin 50 milyon avro dəyərində olduğunu və Karrerasın keçmiş klubu “Mançester Yunayted”in qazancın 20%-ni alacağını bildirib.
Futbolçu ötən ilin mayında İngiltərə klubundan 6 milyon avroya “Benfika”ya keçib. Beləliklə, portuqaliyalıların Alvaronun yenidən satışından əldə etdiyi gəlir 44 milyon avro təşkil edib, ingilislər isə 8,8 milyon avro qazanacaq.