AZ

Donald Tramp: Futbol dünyanı birləşdirəcək gücə malikdir

BAKI, 15 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2025-ci il klublararası dünya çempionatından sonra turnirin gedişatı və futbolun dünyadakı rolundan danışıb.

Teleqraf xəbər verir ki, Amerika lideri futbolun dünya ölkələri arasında birləşdirici mövqeyə malik olduğunu önə çəkib.

Ölkə başçısı deyib: "Stadiondan çıxanda tribunaların dolu olduğunu gördük. “MetLife” stadionunda oynanılan dörd oyun çox təsirli oldu. Hamı girişdəki növbələri gördü və bu, əla idi.

Futbol birlik, hamının bir yerdə olması və ölkələr arasında böyük sevgidir. Düşünürəm ki, bu, ən beynəlxalq idman növüdür, ona görə də futbol dünyanı birləşdirəcək gücə malikdir”.

Seçilən
34
teleqraf.com

1Mənbələr