AZ

NATO Baş katibi: Rusiya İstanbulda Ukrayna ilə danışıqlara tarixçi göndərib

BAKI, 15 iyul. TELEQRAF

Rusiya İstanbulda Ukrayna ilə danışıqlara tarixçinin başçılıq etdiyi nümayəndə heyətini göndərib.

Teleqraf "Röyters"ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

M.Rütte bunu qeyri-ciddi addım adlandırıb.

Qeyd edək ki, söhbət Rusiya nümayəndə heyətinin rəhbərindən - Rusiya prezidentinin köməkçisi Vladimir Medinskidən gedir.

NATO Baş katibi bildirib: "Rusiya tərəfi İstanbul danışıqlarına ciddi adamlar göndərmədi. Xatırladım ki, mən may ayında müttəfiqliklə bağlı məsələlərlə bağlı özüm də Türkiyədə idim. O zaman biz ukraynalılara İstanbula ciddi tərkibli nümayəndə heyəti göndərmək üçün təzyiq göstərdik. Amma sonra ruslar bir tarixçi ilə gəldilər və o, 1250-ci ildən Rusiyanın tarixini izah etməyə başladı".

M.Rütte vurğulayıb ki, İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların təşəbbüskarı məhz Amerika lideri Donald Tramp, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff olub.

Seçilən
34
teleqraf.com

1Mənbələr