AZ

Rütte: NATO-nun Kiyevə verdiyi silahlar döyüşdə dərhal istifadə oluna bilər

BAKI, 15 iyul.TELEQRAF.

Döyüş meydanında dərhal istifadəyə hazırlığı təmin etmək üçün Ukraynaya Amerika silahları NATO ölkələri vasitəsilə çatdırılacaq.

Teleqraf xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində NATO-nun Baş katibi Mark Rütte deyib.

O, jurnalistin nə üçün silahların birbaşa NATO vasitəsilə və Kiyevə verilməyəcəyi ilə bağlı sualını cavablandırıb: "Bunun iki səbəbi var. Birincisi, maddi-texniki təchizatla bağlıdır və NATO onunla necə işləməyi bilir. Silahlar Ukraynaya elə çatdırılacaq ki, onlardan dərhal döyüşdə istifadə etmək olsun. Maksimum effektivliyə nail olmaq üçün hər şey komplektləşdirilib, istifadəyə hazırdır".

M.Rütte əlavə edib ki, ikinci səbəb maliyyələşmədir: "ABŞ Prezidenti Donald Tramp mənə dedi: Mark, biz bu silahları Ukraynaya vermək istəyirik ki, onlar özlərini Rusiyadan müdafiə edə bilsinlər. Amma siz avropalılar bunun əvəzini ödəməlisiniz".

Seçilən
33
teleqraf.com

1Mənbələr