BAKI, 15 iyul. TELEQRAF
Bakının Zabrat rayonu ərazisində yaşayış evi yanır.
Teleqrafın əldə etdiyi xəbərə görə, yanğın yüksək gərginlikli elektrik xətti qırılması nəticəsində yaranıb.
Şahidlərin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirıiyinin yanğınsöndürmə briqadası əraziyə gəlsə, hələlik, içəri daxil ola bilmir.
Teleqrafa yanğınla bağlı daxil olan görüntüləri təqdim edirik.