AZ

BMT Təhlükəsizlik Şurası Yəməndə atəşkəs rejiminin uzadılmasına səs verdi

BAKI, 15 iyul. TELEQRAF

İyulun 14-də BMT Təhlükəsizlik Şurası BMT-nin Hodeydada atəşkəsə dəstək üzrə xüsusi missiyasının (UNMHA) mandatının altı ay uzadılmasını nəzərdə tutan qətnamə layihəsinə səs verib.

Sənəd Böyük Britaniya tərəfindən hazırlanıb və Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qətnamə beş bənddən ibarətdir, o cümlədən missiyanın mandatının “28 yanvar 2026-cı il tarixinə qədər uzadılmasını” nəzərdə tutur. Bundan əlavə, Təhlükəsizlik Şurası BMT Baş Katibindən missiyanın fəaliyyəti ilə bağlı aylıq hesabat təqdim etməsini tələb edir.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” üsyançı hərəkatının tərəfdarları arasında qarşıdurma gedir. O, ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətə səbəb olub.

Seçilən
16
teleqraf.com

1Mənbələr