AZ

Ronaldolu "Əl-Nəsr"in yeni baş məşqçisi rəsmən bəlli oldu

"Əl-Nəsr" klubunun yeni baş məşqçisi Jorje Jesus oldu.

Sportal.az xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis bu postda Stefano Piolini əvəzləyib. Pioli Səudiyyə Ərəbistanı klubunu 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər çalışdırmışdı.

Daha əvvəl mətbuatda yer alan xəbərlərə görə, Jorge Jesusun namizədliyində xüsusilə onun həmyerlisi və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronald israr edib.

Jesusun sonuncu iş yeri "Əl-Hilal" klubu olub. O, 2024/25 mövsümündə komandanı Səudiyyə Ərəbistanı çempionatında ikinci yerə çatdırmışdı. Həmin mövsümdə "Əl-Nəsr" turnir cədvəlində üçüncü pillədə qərarlaşmışdı.

 

saytlarin hazirlanmasi

Seçilən
53
25
sportal.az

10Mənbələr