AZ

ABŞ ilk mərhələdə NATO ölkələrinə 10 milyard dollar dəyərində silah satacaq

Bakı, 15 iyul, AZƏRTAC

Vaşinqtonun NATO müttəfiqlərinə satmağı planlaşdırdığı silahların ilk partiyası təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı mənbəyə istinadla məlumat yayıb.

Portal qeyd edib ki, avropalıların gələcəkdə Kiyevə ötürə biləcəkləri silahlar, əsasən raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləridir. Bəzi hallarda Avropa ölkələri, əksinə, ABŞ-ın tədarük etdiyi silahları saxlayacaq, Ukraynaya isə öz arsenallarından köhnə silahlar verəcək.

phrase_var_article.chosen
86
1
azertag.az

2phrase_var_article.sources