AZ

"Real"dan 50 milyonluq transfer - RƏSMİ

"Real" Alvaro Karrerasın transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, 22 yaşlı futbolçu Madrid klubu ilə 2031-ci ilib yayına kimi müqavilə imzalayıb.

Karreras "Benfika"dan transfer olunub. Gənc müdafiəçi 2017-2020-ci illərdə "Real"ın sistemində oynayıb. Alvaro bundan sonra "Mançester Yunayted" və "Qranada"da çıxış edib. Keçidin dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, 2024-cü ildə "Benfika"ya keçən Karreras ötən mövsümdə 52 oyunda 4 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr