AZ

Alvaro Karreras rəsmən “Real”da

“Benfika”nın 22 yaşlı ispan sol cinah müdafiəçisi Alvaro Karreras bundan sonra Madrid “Real”ının uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 6 illik – müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Kral klubu”na 50 milyon avro məbləğ müqabilində başa gəlib.

Alvaro Karreras “Mançester Yunayted”in məzunudur. Müdafiəçi, karyerası ərzində “Preston Nort End”, “Qranada” və “Benfika”da oynayıb.

2024/2025-ci illər mövsümündə Karreras “Benfika” üçün 52 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Karreras İspaniyanın U-19 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.

Karrerasın qənimətlər muzeyində “Benfika” ilə qazandığı Portuqaliya Liqa Kuboku (2024/2025) var.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
37
arena.az

1Mənbələr