AZ

"Sağ olun, cənab Prezident!" - Zelenski

ABŞ prezidenti Donald Trampla danışdım.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

"Çox yaxşı söhbətimiz oldu. Ukraynanı dəstəkləmək və qətllərin dayandırılması, davamlı və ədalətli sülhün bərqərar olması üçün birgə işləməyə davam etmək istəyiniz üçün təşəkkür edirik. Prezident Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündən danışıb. Bizim belə yaxşı münasibətlərimizin olması vacibdir və NATO ölkələri müdafiə xərclərini artırmağa çalışır.

Biz prezidentlə insanların Rusiya hücumlarından daha çox müdafiəsini təmin etmək və mövqelərimizi gücləndirmək üçün lazımi qərarları müzakirə etdik. Biz sülhə nail olmaq üçün mümkün qədər məhsuldar işləməyə hazırıq. Razılaşdıq ki, bir-birimizə tez-tez zəng edək və addımlarımızı koordinasiya edək. Sağ olun, cənab Prezident! Təşəkkür edirəm, Amerika!", - deyə Zelenski qeyd edib.

Seçilən
73
45
unikal.az

10Mənbələr