AZ

Goranboyda piyadanı vuran sürücü sükan arxasında, piyada isə xəstəxanada öldü

GORANBOY, 15 iyul. TELEQRAF

Goranboy rayonunda piyadanı vuran şəxs sükan arxasında vəfat edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki,"Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərindəki xəstəxanaya çatdırıb.

Lakinonun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin hadisəni törətməkdə şübhəli bilinən sürücü də dünyasını dəyişib. Onun infarkt keçirdiyi ehtimal edilir.

Hər iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
44
teleqraf.com

1Mənbələr