Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, Stefano Piolinin gedişindən sonra boş qalan posta Jorje Jezuş keçib.
70 yaşlı portuqaliyalı mütəxəssis karyerası ərzində “Benfika”, “Flamenqo”, “Fənərbaxça” kimi klubları çalışdırıb. Jezuş 2018-2019 və 2023-2025-ci illərdə Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl Hilal”a rəhbərlik edib.
Qeyd edək ki, Kriştiano Ronaldo “Əl Nəsr” klubunda çıxış edir.