Qadın futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Peritan Bozdağ karyerasını Türkiyədə davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu İstanbul təmsilçisi “Fənərbağça” ilə müqavilə imzalayıb. Bozdağla 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, Peritan Bozdağ Azərbaycan yığmasında sabit çıxışı ilə seçilən oyunçulardan biridir.