AZ

Elmar Baxşıyev “Konyaspor”a məğlubiyyəti şərh etdi

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin “Konyaspor” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Türkiyə və Azərbaycan komandaları bu gün Ərzurumda üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı oyun Super Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında komandasının məğlubiyyəti barədə bunları söyləyib:

“Bu oyun əvvəldən planda yox idi. İki gün əvvəl qərar verdik ki, “Konyaspor”la qarşılaşaq. Üç gün əvvəl isə “Alanyaspor”la gücümüzü sınadıq. 3 gün ərzində Super Liqanın iki klubu ilə qarşılaşmaq ağır olsa da, meydana çıxan futbolçular yaxşı iş görməyə çalışdılar. Xüsusilə də müdafiə xəttində dəyişikliklər etmişdik. Müxtəlif variantları yoxlamaq istədik. Səhvlərimiz oldu və rəqib də bundan istifadə etdi. Əlbəttə, yoxlama oyununda nəticə yox, futbolçuların meydanda gördüyü, etdiyi işlər vacibdir. Məğlub olsaq da, komandamın apardığı mübarizədən, göstərdiyi oyundan narazı qalmadım. Məşqlərdə göstərilənləri reallaşdırmağa çalışırlar. Ancaq düzəltməli olduğumuz elementlər var ki, bunu düzəlmət üçün məşqlərdə çox işləməliyik”.

Seçilən
9
6
arena.az

10Mənbələr