AZ

"Google"dan qərar - "Android" və "ChromeOS" birləşdirilir

ABŞ-ın texnologiya nəhəngi "Google" “Android” əməliyyat sistemi ilə "ChromeOS" platformasının birləşdiriləcəyini rəsmən elan edib. 

Valyuta.az xəbər verir ki ,bu barədə açıqlamanı şirkətin “Android” üzrə məsul nümayəndəsi Sameer Samat verib. O, verdiyi müsahibədə birləşmə qərarını təsdiqləsə də, bu dəyişikliklərin istifadəçilərə hansı formada təsir edəcəyinə dair təfərrüat paylaşmayıb.

"Google" tərəfindən ötən ilin sonlarında başladığı bildirilən bu layihə texnologiya dairələrində artıq bir müddətdir müzakirə olunur. Məlumatlara görə, şirkət "Android" və "ChromeOS" sistemlərini birləşdirərək “Apple” şirkətinə bənzər şəkildə, vahid və inteqrasiya olunmuş bir istifadəçi təcrübəsi təqdim etməyə hazırlaşır.

Sameer Samat-ın sözlərinə görə, bu istiqamətdə hələ görüləsi xeyli iş var. O, “Android” və “iOS” platformalarını müqayisə edərkən, bu birləşmənin məqsədinin “Apple” ekosistemindəki kimi vahid təcrübə yaratmaq olduğunu üstüörtülü şəkildə ifadə edib.
Əslində, "Android" və "ChromeOS" arasında indidən mühüm bənzərliklər mövcuddur. "Google" son illərdə Android-i masaüstü funksiyalarla da təchiz etməkdə davam edir. 

Beləliklə, həm “Android” sistemində işləyən, həm də "ChromeOS" xüsusiyyətlərini daşıyan noutbuk modelləri gələcəkdə daha funksional və zəngin istifadə təcrübəsi təqdim edə bilər.

Şirkət birləşmə prosesi və qarşıdakı mərhələlərlə bağlı əlavə açıqlamalar verəcəyini istisna etmir.

Sərvanə Rəmixanova

Seçilən
154
50
valyuta.az

10Mənbələr