AZ

Zəncirvari avtoqəza oldu - Ölənlər var

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minik avtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə zəncirvari qəza olub.

Moderator.az "Trt Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Belə ki, TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəki 5 nəfərin hamısı ölüb. Yük maşının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəza səbəbindən Ankara istiqamətində yolda qalın tıxac yaranıb.

Seçilən
52
8
moderator.az

10Mənbələr