AZ

Bakıya birbaşa yeni təyyarə reysi - Mersin və Adanaya MEDİATURVİDEO

Türkiyənin ən böyük 5 və 12-ci şəhərlərinə Bakıdan birbaşa aviareys açılıb.

Xezerxeber.az xəbər verir ki, Bakıdan Mersinə ilk birbaşa uçuş ötən ayın 15-də həyata keçirilib. Bu reys vasitəsilə Mersinə və ona yaxın digər şəhərlərə də getmək xeyli asanlaşıb. AZAL-ın Bakı-Mersin reysləri Çukurova Beynəlxalq Hava Limanına eniş edir. Həmin liman həm Mersinə, həm də Adana şəhərinə yaxınlığı ilə fərqlənir.

AZAL-ın daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov deyir ki, bu reysin açılması ilə Adana və Mersinlə Azərbaycan arasındakı turizm, ticarət və hətta informasiya sahələrində əməkdaşlıq artıq yeni mərhələyə keçir.

Türkiyənin Cənub sahillərinə edilən bu səfər jurnalistlər üçün də yeni imkanlar yaradıb. Mediatur çərçivəsində treninq də təşkil edilib. Burada AZAL-ın fəaliyyətindən və mülki aviasiya sahəsinin özəlliklərindən danışılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
2
xezerxeber.az

1Mənbələr