AZ

Qusarda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Bu gün Azərbaycanın müasir tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin simvolu kimi böyük önəm daşıyır. Bu əlamətdar gün münasibətilə Qusar rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunmuş tədbir təşkil olunub.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə rayon icra akhimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri və digər idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov açaraq, 14 iyul tarixinin Azərbaycan xalqının siyasi yaddaşında mühüm bir dönüm nöqtəsi olduğunu vurğulayıb.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, partiya veteranı Qorxmaz Muradov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva çıxış ediblər.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
58
bizim.media

1Mənbələr