AZ

Elmar Baxşıyev: “Məşqlərdə göstərilənləri reallaşdırmağa çalışırlar"

Bu gün yoxlama oyununda Türkiyənin “Konyaspor” klubu ilə qarşılaşan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev görüşlə bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, o, bu haqda klubun mətbuat xidmətinə danışıb.

Baxşıyev bildirib ki, bu oyun əvvəlcədən planlaşdırılmayıb:

“İki gün əvvəl qərara gəldik ki, “Konyaspor”la qarşılaşaq. Üç gün əvvəl isə “Alanyaspor”la gücümüzü sınadıq. Qısa müddətdə Super Liqa təmsilçiləri ilə oynamaq çətin olsa da, futbolçular yaxşı iş görməyə çalışdılar”.

O, xüsusilə müdafiə xəttində dəyişikliklər etdiklərini və müxtəlif variantları sınadıqlarını vurğulayıb:

“Səhvlərimiz oldu, rəqib də bundan yararlandı. Amma yoxlama oyunlarında əsas məqsəd nəticə deyil, futbolçuların meydandakı fəaliyyətidir. Məğlubiyyətə baxmayaraq, komandamın mübarizəsindən və göstərdiyi oyundan narazı qalmadım”.

Baş məşqçi əlavə edib ki, komanda məşqlərdə verilən tapşırıqları yerinə yetirməyə çalışır:

“Ancaq düzəltməli olduğumuz elementlər də var. Bunları aradan qaldırmaq üçün məşqlərdə daha çox çalışmalıyıq”.

Seçilən
15
2
operativmedia.az

10Mənbələr