Bakı. Trend:
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minikavtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə ağır zəncirvariqəza baş verib.
Trend-in "TRTHaber"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfərhəlak olub, 1 nəfər isə yaralanıb.
Hadisə zamanı TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəolan 5 nəfərin hamısı həyatını itirib. Yük maşınının sürücüsü isəyaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəza səbəbindən Ankara istiqamətində yolda ciddi tıxacyaranıb.