Qəza səbəbindən Ankara istiqamətində yolda qalın tıxac yaranıb.
Ajans.az "Trt Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər yaralanıb. Belə ki, TIR-dan düşən konteynerin toqquşduğu avtomobildəki 5 nəfərin hamısı ölüb. Yük maşının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.