İstinad divarı çatlayıb, evlər yararslz hala düşüb.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın səbail rayonunda, 11 ailənin yaşadığı ikimərtəbə binadan gedir. Aidiyyatı qurumlar tərəfindən vətəndaşların ərazidən köçürülüb, binanın söküləcəyi deyilsə də ortada heç nə yoxdur.
Sakinlər deyir ki, şəhərin düz mərkəzində yaşasaq da bizi görən, eşidən yoxdur. Evlərimizin də hamısı sənədlidir, di gəl ki, başımıza uçur:
Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətində “Xəzər Xəbər”ə bildirdilər ki, sözügedən yaşayış binası uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlib, evin əsas yükdaşıyan divarları öz şaquli vəziyyətindən əyilib, divarlarda çatlar yaranıb.
Məsələ ilə əlaqədar tədbirlərin görülməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb, məsələ diqqət mərkəzindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.