AZ

Sürücülərə ŞAD XƏBƏR - Xaotik vəziyyətin hökm sürdüyü yolayrıcı nizamlandıVİDEO

Əvvəl bu kəsişmədə kim hardan gədi, necə gəldi hərəkət edirdi… Baş yol, köməkçi yolda kimin olduğu dəqiq bəlli deyildi... İndi isə hər şey dəyişib... Xaotik vəziyyətə son qoyulub və bir zamanlar nizamlanmayan kəsişmə indi tam nizama salınıb...

Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonu, Ağ şəhərdə İlqar Mirzəyev və Mərkəzi Bülvar küçələrinin kəsişməsindən gedir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, bu qərar məhz ortaya çıxan təhlükəli duruma görə qəbul edilib. Led texnologiyali işıqforlarda piyada bölməsi də var.

Bu yenilik yerli sakinlər və sürücülərin ürəyincə olub.

O da bildirildi ki, yeni sistem qəza riski minimuma enib. Müasir işıqforlar yaxınlıqdan keçən digər yolların da yüklənməsinin qarşısını alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr