BAKI, 14 iyul. TELEQRAF
Vaşinqton administrasiyası Kiyevə Ukraynadakı münaqişənin həlli üçün zəruri addımlar atması üçün təzyiq etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüşdə Kiyevin münaqişənin həlli istiqamətində atdığı addımlara toxunub: “Biz həm də əmin olmaq istəyirik ki, Ukrayna öz üzərinə düşəni etsin”.
Tramp Moskva və Kiyevin son nəticədə münaqişənin həlli üçün zəruri addımları atacağına əminliyini ifadə edib.