İngiltərə Kuboku, 2014-cü il. “Liverpul” “Bornmut”la oynayır. Steven Gerrard Harri Arteri bütün matç ərzində saxlayıb. Epizodların birində Arter cinahla irəliləyir. Cerrard onu qarşılayır, sərt toqquşma.
Publika.az xəbər verir ki,bu barədə Cerrardın avtobioqrafik kitabında deyilir.
Əvvəlcə Arterin kobud oynadığı görünürdü, lakin Cerrard sakitcə ayağa qalxdı, laynsmenin yanına getdi, nəyisə izah etdi və sarı vərəqə aldı. Bir neçə dəqiqədən sonra o, baş məşqçi Brendan Rocersi yanına gedir və deyir: “Düşünürəm ki, cinsi orqanım yarıya bölünüb”.
Cerrard kitabda qeyd edir: “Rocers dəhşətə gəldi”.
Həkimlər Cerrardı kameralardan qorumaq üçün tez bir zamanda divar düzəldiblər. Onlardan biri Kris Morqan deyib: “Narahat olma, yaxşı olacaqsan”.
Stiven: “Qorxdum, amma Krisin sözlərindən sonra anladım ki, mənim “əsgərim” bu gün yerə yıxılmayacaq”.