Rusiyada axtarışa verilən Azərbaycan əsilli rusiyalı milyonçu bloqer Sübhan Məmmədovun (“Subo”) qohumlarının evlərində axtarışlar aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Xəbərdə iddia edilir ki, bolqerə məxsus “Lamborghini” markalı avtomobil yenidən saxta şəxs adına qeydiyyatdan keçib daha sonra çıxarılıb.
O da bildirilir ki, bloqer və tanışları həmin avtomobili satmağa çalışıblar.
Onun qardaşının BMW markalı avtomobilinə isə həbs qoyulub.
Bundan əlavə, bloqerə aid “Soul Burger - fast food” kafesində də axtarışlar aparılır.
Məlumatda deyilir ki, “Subo” fevral ayından bəri Rusiya vətəndaşlığından məhrum edilib. Rusiyaya girişinə qadağa qoyulub.