BAKI, 14 iyul. TELEQRAF
25 iyul – 6 avqust tarixlərində Gürcüstanda NATO-nun "Agile Spirit 2025" adlı çoxmillətli beynəlxalq hərbi təlimləri keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təlimlərin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin döyüş hazırlığını artırmaq, qarşılıqlı əlaqə və operativ imkanları gücləndirməkdir.