AZ

“Liverpul” Nunesə əvəzləyici tapıb

“Liverpul” hücumçu Darvin Nuneslə yollarını ayıracağı təqdirdə onu əvəzləyəcək futbolçunu müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki,  “Liverpul” son 72 saat ərzində “Leypsiq”in hücumçusu Benyamin Şeşkonun nümayəndələri ilə bir neçə dəfə əlaqə saxlayıb. Son telefon danışığı bu gün səhər baş tutub.

Alman klubu 22 yaşlı millisinin üzvü üçün təxminən 90 milyon avro tələb edir. “Liverpul” sloveniyalıya Nunyesin mümkün gedişi fonunda ciddi alternativ kimi baxır.

Şeşko geridə qalan mövsümdə “Leypsiq”in heyətində bütün turnirlər daxil olmaqla 45 oyunda meydana çıxıb, 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Seçilən
4
90deqiqe.az

1Mənbələr