AZ

Ceymi Vardi “Valensiya” və “Sanderlend”in hədəfində

“Lester”dən ayrıldıqdan sonra azad agent statusu qazanan Ceymi Vardi transfer bazarında diqqət mərkəzinə düşüb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı hücumçunun xidmətində “Valensiya” və “Sanderlend” klubları maraqlıdır. Hər iki klub futbolçunun təcrübəsindən faydalanmağı və transferin sərbəst olması səbəbindən maliyyə baxımından sərfəli keçidi reallaşdırmağı hədəfləyir. Artıq sözügedən klublar futbolçunun agenti ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Ceymi Vardi 2012-ci ildən bu yana “Lester”in formasını geyinib. O, geridə qalan 2024/25 mövsümündə Premyer Liqada 35 oyuna çıxaraq 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr