AZ

"Real Madrid"in 50 milyonluq transferi müqavilə imzalamağa hazırdır

"Real Madrid" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, klubun "Benfika"dan transfer etdiyi Alvaro Karreras bu gün tibbi yoxlanışdan keçib.

Bu barədə məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.

Xəbərdə bildirilir ki, futbolçu yaxın günlərdə rəsmi müqaviləni imzalayacaq.

Qeyd edək ki, İspaniya nəhəngi bu transfer üçün qarşı tərəfə 50 milyon avro ödəyib.

Kamil Xudiyev

Seçilən
1
fanat.az

1Mənbələr