Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Qəbələ” və “Şamaxı” komandaları yoxlama oyunu keçiriblar.
Arena.az xəbər verir ki, əyalət təmsilçisiləri bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər – 2:1. Görüşdə hesabı Şamaxı təmsilçisi açıb. Amma sonradan iki qol vuran meydan sahibləri yekunda qələbəni bayram edən tərəf olub.
Qonaqların heyətində David Tomas fərqlənib. Qalib komandanın qollarını isə Ziya Şəkərxanovla Salman Ələsgərov vurublar.