AZ

Freddi Varqas “Neftçi”də

Futbol üzrə Venesuela milli komandasının hücumçusu Freddi Varqas bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Azərbaycan klubu 26 yaşlı futbolçunu müqavilə ilə məxsus olduğu İsrailin “Makkabi” (Netanya) komandasından icarəyə götürüb.

“Ağ-qaralar” Varqasın bir mövsümlük icarəsi üçün İsrail klubuna 175 min avro ödəyiblər. Hücumçu 2026-cı ilin 30 iyununa qədər “Neftçi”də çıxış edəcək.

Freddi Varqas Venesuelanın “Deportivo Lara” klubunun yetirməsidir. “Dallas”, “Nord Texas”, “Metropolitanos”, “Makkabi” (Bney Reyne) kimi klublarda da oynamış futbolçu 2024-cü ilin yayından Netanya “Makkabi”sində çıxış edir. O, sözügedən komandanın heyətində 31 oyuna çıxıb, 4 qol və 8 assistlə yadda qalıb.

Venesuelanın U-20 yığmasında da oynamış Varqas 2021-ci ilin sentyabrında əsas millidə debüt edib. O, yığmada 3 oyuna çıxsa da, fərqlənə bilməyib.

Qeyd edək ki, “Neftçi” hələ yeni transferini rəsmən açıqlamayıb. Amma bu keçidin tezliklə elan edilməsi gözlənilir.

Seçilən
13
arena.az

1Mənbələr