AZ

Tbilisidə yaşayış binasında uçqun oldu, xəsarət alanlar var

TBİLİSİ, 14 iyul. TELEQRAF

Tbilisidə “Vağzal meydanı” ərazisində yerləşən yaşayış binalarının birinin üst hissəsi uçub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Dağıntılar altında qalanların olub-olmadığı hələ məlum deyil.

Əraziyə polis bölmələri, xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib. Hazırda hadisə yeri dağıntılardan təmizlənir və axtarış-xilasetmə işləri aparılır.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr